Şəki sakini evində 4 kq narkotiklə tutuldu


09:42     02 Noyabr 2019 2019/11/fea0bf8e-4f61-45ab-9e8d-4bf4858f7302_1572674059.jpg


Şəki sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları şəhər sakini, 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində T.Əhmədovun barəsində cinayət işi açılıb, istintaq aparılır.

Femida.az

Açar sözlər: #Şəki   #narkotik  

Oxunub: 302