Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir


10:43     02 Noyabr 2019 2019/11/799071_1572677460.jpg

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır.


Femida.az xəbər verir ki, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub.

Nümayəndə heyəti, həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq.

Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 580