Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanılıb


11:55     02 Noyabr 2019 bakida%20silsile%20cinayetler.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #cinayət   #polis   #DİN  

Oxunub: 616