Cümuriyyətə qədər Bakı bələdiyyəsi – Müstəqil fəaliyyət, pulsuz müalicə, təhsilə qoyulan xərclər...


12:06     02 Noyabr 2019 2019/11/belediyye1_1572682300.jpg

Azərbaycanda bələdiyyələrin tarixindən danışarkən ilk növbədə Bakı şəhərinin yerli özünüidarəetmə tarixindən başlamaq lazımdır. Çanki Azərbaycanda yerli özünüidarəetmə forması ilk dəfə Bakıda tətbiq olunmuşdur.



Bakı şəhər özünüidarəetməsi öz başlanğıcını XIX əsrin sonunda Rusiya işğalından sonrakı dövrdən götürür. İşğaldan sonra çarizmin müstəmləkəçilik siyasətinin həyata keçriliməsinə xidmət etməklə, Qafqazda, o cümlədən Bakıda idarəetmədə hərbi-amirani metdodlar saxlanılmışdır. Ancaq XIX əsrin ikinci yarısı – XX əsrin əvəlində Bakı kiçik əyalət şəhərindən dünyanın böyük neft sənayesi paytaxtlarından birinə çevrilmişdir. Lakin çar polis hakimiyyəti hər vasitə ilə Bakıda şəhər islahatlının aparılmasını ləngitmişdir. Bakıda şəhər dumasının və şəhər idarəsi Rusiyada Şəhər Əsasnaməsinin qəbul olunduğu 1870-ci ildən 8 il sonra təsis edilmişdir. Bakı şəhər duması öz fəaliyytinə 8 yanvar 1878-ci ildən balamışdır. Dumaya seçkilərdə hər kəs namizəd ola bilməzdi. Seçkidə iştirak üçün bir sıra məhdudiyyətlər və ilkin şərtlər qoyulmuşdu. Həmin özünüidarəetmə orqanlarının səlahiyyətləri şəhərin abadlaşdırılması, ərzaq təminatı, xalq səhiyyəsi və təhsili v s. kimi yerli məsələrlə məhdudlaşırdı. Digər tərəfdən də, tətbiq edilən seçki sistemi bu orqanların çar administrasiyasının nəzarəti altına qoyulmasına yönəlmişdir. Şəhər ictimai idarəetməsi isə əhalinin daha zəngin təbəqəsinin əlinə verilmişdir. Bu əsasnaməyə görə Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çoxunu təşkil etməməlidir. Bu da sosial bərabərsizliklə yanaşı, həm də milli qeyri-bərabərlik yardırdı. Bunun nəticəsi olaraq 1877-ci ildə dumada 490 xristiyan seçicilər əksəriyyətini müsəlmanlar təşkil edən 2900 qeyri-xristiyan seçicilərin təmsil etdikləri üzvlərin sayı qədər eyni sayda nümayəndələrlə təmsil olmuşlar.




11 iyun 1892-ci ildən faktiki olaraq əksislahat kmi qiymətləndirilən yeni şəhər Əsasnaməsi tətbiq edilmişdir. Ona müvafiq olaraq 4 dekabr 1892-ci ildə Bakı qubernatorluğu və şəhər idarəsi yeni tərkibdə təsdiq olunmuş, Bakı şəhər duması isə 1893-cü ilin sonunda yaradılmışdır. Bakı bələdiyyə orqanlarının fəaliyyəti əvvəlki kimi şəhərin hüdudları ilə məhdudlaşdırılırdı. Yeni Şəhər Əsasnaməsinin tətbiqi şəhər seçicilərinin sayının azalması ilə nəticələnmişdir. Seçicilər üçün vergi senzi mülkiyyət senzi ilə əvəz olunmuşdur. Bu da azərbaycanlı sahibkarların seçki hüququndan məhrum olmasına gətirib çıxarmışdır.

Bakı şəhər özünüidarə orqanlarının tərkibi və onun bölüşdürülməsi də maraq doğurur. Belə ki, sərəncamverici funksiyalar şəhər dumasına verilmişdir. Duma öz tərkibinin şəhər upravası – idarəsini, yəni bələdiyyəsini seçirdi. Buraya şəhər başçısı və bələdiyyə üzvləri daxil olurdular. Şəhər başçısı, şəhər idarəsi və kommisiyaları Bakı şəhər dumasının icra orqanaları sistemini təşkil ediridlər. Şəhər bələdiyyəsinin üzvlərinin sayı isə dəyişmişdir. 1878-1894-cü illər ərzində 2 nəfər, 1894-1902-ci illərdə 3 nəfər, 1902-1910-cu illərdə 4 nəfər, 1910-cu ildən isə 5 nəfər olmuşdur. Şəhər başçısı eyni zamnada həm Dumaya, həm də Upravaya rəhbərlik edirdi. Şəhər duması 4 illik öz səlahiyyət müddətində təftiş komissiyasını seçmişdir. Komissiya şəhər təsərrüfatının bütün sahələri üzrə faktiki nəzarət həyata keçirməklə şəhər üzrə pul dövrüyyəsinin təftişini aparırdı.



Həmin illərdə Şəhər Bələdiyyəsinin kollegial müzakirəsinə çıxarılacaq işlərə bunlar daxl idi:

- Bəldiyyə üzvləri arasında işlərin bölüşdürülməsi
- Şəhərin ümumi illik və əlavə smetalarının baxılması
- Bələdiyyə üzvlərinin və şəhər təsərrüfatının ayr-ayrı sahələrinə rəhbərlik edən şəxslərin hesabatları
- Şəhərin gəlirlərinin təftişi
- Şəhərin daşınmaz əmlakının satışına icazə və yenisinin əldə edilməsi
- Şəhər seçkiləri ilə bağlı işlər
- Şəhərin abadlaşdırılması və xarici görnüşü ilə bağlı işlər və s .


Göründüyü kimi o zamanlar bələdiyyənin həll edəcəyi məsələlər olduqca geniş olmuşdur. Bunun ilk səbəblərindən biri Bakının kapitalist şəhəri kimi inkişaf etməsi idi.


Bakı şəhər özünüidarəetmə orqanlarının fəaliyyətinin əsas istiqmətlərindən birini tibbi-sanitar xidmətin təşkili idi. Əvvəllər səhiyyənin təşkilində xaos hökm sürsə də , 1903-cü ilin sonunda şəhər bələdiyyəsi nəzdində Tibbi-sanitariya bürosu yaradılmış, pulsuz ictimai müalicə tətbiq edilmişdir.




Bakı şəhər bələdiyyəsinin maraq doğuran fəaliyyət istiqamətlərindən birini də xalq təhslinə önəm verməsi idi. 1882-ci ilədək şəhər özünüidarəetməsində bu sahə ilə məşğul olan bölmə olmamışdır. Lakin Bakı şəhər bələdiyyəsi yaradılandan sonra təhsilə xeyli vəsait ayırmış, özünün ilk məktəblərini açmıdır. Əgər 1890-cı ildə məktəblərin sayı 4 idisə, 1914-cü ildə 40-a çatdırılmışdır. Təhsilin inkişafına diqqəti təsdiqləyən göstərici kimi bu sahəyə getdikcə artan xərcləri göstərmək olar. Məsələn. 1894-1912-ci illərdə Bakının büdcəsindən təhsilə sərf edilmiş ümumi bəbləğ 4 fədə, ibtidai təhsilə 10 dəfədən çox artmışdır. Məhz Bakı şəhər özünüidarəetmənin fəaliyyəti nəticəsində 1903-cü ilin məlumatlarına görə şəhər əhalisinin 51,5%-ni savadlılar təşkil edirdi. 1913-cü ildə isə bu rəqəmlər artaraq 69,1% olmuşdur.

Şəhər abadlaşdırılması sahəsində Bakı bələdiyyəsinin apardığı işlər yanğından mühafizə xidmətinin, telefon şəbəkəsinin istismarı, şəhərin bina və küçələrinin, bağlar və sahil bağının və s. elektrik işıqlandırılması, şəhər tramvayının tikintisi və nəqliyyatın işinin nizama salınması və digər istiqamətlər üzrə həyata keçirilirdi.



Bakı bələdiyyəsinin fəaliyyətində ərzaq təminatı və xeyriyyəçilik istiqamətləri də vacib yer tuturdu.
Çar hökümətinin öz müstəmləkəçilik maraqlarından çıxış edərək Bakı özünüidarə orqanlarının fəaliyətinə hər vasitə ilə mane olmaqla, hüquqi məhdudiyyətlər qoymaqla bu orqanlarda azərbaycanlı əhalinin təmsilçiliyində məhdudlaşdırıldı. Bu da həmin orqanlarda qeyri-millətlərin nümayəndələrinin çoxluq təşkil etməsinə gətirib çıxarmışdı.

Bakı bələdiyyəsinin fəaliyyəti təkcə Çar Rusiyası dövrü ilə məhdudlaşmır. 1918-ci ildə ermənilər tərəfindən törədilən soyqırımlardan sonra hakimiyyəti ələ almış bolşeviklər şəhər dumasını buraxır. 1918-ci il aprelin 10-da Bakı və onun rayonlarınm İnqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı Şəhər Duması ləğv olunaraq funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verilir. Bolşeviklər zamanında ləğv edilmiş Bakı şəhər bələdiyyə idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti bərqərar olan kimi yenidən bərpa edildi. Ömrü qısa da olsa Azərbaycan Xalq Cümhuriyyətinin dövründə bələdiyyələr daha müstəqil fəaliyyət göstəməyə başladılar.



Yarandığı ilk illərdə Bakı şəhər Duması külli miqdarda icarə haqqı ödəyərək, tamamilə inzibati təyinata cavab verməyən zərgər Aşumovun şəxsi evində fəaliyyət göstərmişdir. Aşumovun evinin kirayə müddəti bitdikdə Dumaya yeni bina tikilməsi ilə bağlı 1894-cü ildə məsələ qaldırıldı.

Lakin həmin illərdə Bakının mərkəz ərazilərində tikinti üçün belə sahə tapmaq mürəkkəb məsələ idi. 1880-1890-cı illərdə Bakı qalası divarlarının birinci sırasının sökülməsi və Duma binası üçün də tikinti aparmağa şərait yaratdı. Lakin, bu sahə də boş deyildi, orada mühəndislik idarəsinin mağazaları yerləşirdi və onların şəhərə təhvil verilməsi 1899-cu ilə kimi uzandı. 1897-ci ildə ərazinin ərzaq mağazalarından azad olmasını gözləməyərək, şəhər evinin layihəsinin hazırlığına başlanıldı.



18 may 1900-cü ildə şəhər dumasının təntənəli təməlqoyma mərasimi həyata keçirildi. Duma binasının layihəsinin müəllifi İosif Qoslavski olur. Bu, eyni zamanda onun son əsəri olmuşdur. İnşa etdiyi binaların çoxunda əks olunmuş İtaliya intibahına bağlılığına baxmayaraq, şəhər Duması binası üçün barokko memarlıq motivlərindən ustalıqla istifadə edilir.



Lakin İosif Qoslavskinin xəstəliyi ilə əlaqədar olaraq binanın tikintisi xeyli yubanırdı. Ona görə də tikinti işləri mühəndis Kazimir Brunoviç Skureviçə həvalə edilir və nəhayət 27 sentyabr 1912-ci ildə tamamlanaraq bina təhvil verilir.

Bakı şəhərindən sonra 1892-ci ildə qəbul edilmiş yeni şəhər əsasnaməsi ilə Gəncə şəhərində tam səlahiyyətli Şamaxı, Quba, Lənkaran, Şəki kimi şəhərlərdə məhdud səlahiyyətlərə malik yerli özünü idarəetmə orqanları fəaliyyətə başlayır.

Oğuz Altay
Femida.az






Açar sözlər: #Bakı   #Bələdiyyə  

Oxunub: 1253