Bakıda muzdlu işçilərin sayı artıb


13:03     02 Noyabr 2019 muzdll.jpg

2019-cu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 min 876 nəfər artaraq 773 min 647 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Ən çox işçi sayı Nəsimi rayonunda qeydə alınıb - 166 min 894 nəfər. Ən az muzdlu işçi isə Pirallahıda olub. Bu rayonda onların sayı 7 min 862 nəfər təşkil edib.

2019-cu ilin yanvar-avqust aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,4 faiz artaraq 822,2 manat olub. Ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. Burada həmin göstərici 1.593,3 manat olub. Ən aşağı orta aylıq əməkhaqqı isə Binəqədi rayonunda olub – 479,5 manat.

Femida.az

Açar sözlər:

Oxunub: 533