"Ərdoğanla yaxşı əlaqəmiz var" - Tramp
14:44 02 Noyabr 2019
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxşı əlaqəmiz var”.
Femida.az “Haberturk”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Mississippi ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı əlaqəmiz var. Sərhədə qoy başqaları nəzarət eləsin. Biz neft yataqlarının təhlükəsizliyini təmin etdik. Nefti sevirəm. Kürdlərlə (terrorçu PPK/YPG-PYD-ni nəzərdə tutur-red.) işləyirik. Türkiyə ilə işləyirik. Bir çox ölkə ilə işləyirik”, - deyə Donald Tramp vurğulayıb.
Cari il noyabrın 13-də Rəcəb Tayyib Ərdoğanın Ağ Evi ziyarət edib-etməyəcəyi ilə bağlı ABŞ prezidenti deyib: “Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı əlaqəmiz var. Atışmanın dayanması çox yaxş oldu (ABŞ və Türkiyə arasında Suriyanın şimal-şərqi istiqamətində əldə edilən razılığı nəzərdə tutur-red.).
ABŞ prezidenti impiçment məsələsini “qondarma” adlandıraraq deyib: “Pis bir iş görməyən prezidenti tutduğu vəzifədən azad edə bilməzsiniz”.
Femida.az
Oxunub: 514
Oxşar xəbərlər
- Tramp: “ABŞ-ın Əfqanıstanda qoyduğu helikopterləri Rusiya və Çin götürüb"
- Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb
- Vəkillər Trampın impiçmentlə iş üzrə komandasını tərk ediblər
- Tramp yeni partiya qurmağa hazırlaşır?
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- Tramp vida çıxışı etdi
- “YouTube” Trampın hesabını dondurdu
- Donald Trampa qarşı cinayət işi açıla bilər
- Tramp Baydeni "feyk prezident" adlandırdı
- Trampın müşaviri istefaya getdi