Daşkəsənə ilk qar yağıb


14:58     02 Noyabr 2019 19_11_02_1572686431.jpg


Daşkəsən rayonuna ilk qar yağıb.


Axşam saatlarından başlayaraq Azərbaycanın Qərb bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Daşkəsən rayonuna səhər saatlarından yağmağa başlayan qar hələ də davam edir. Eyni zamanda Qərb bölgəsinin Tovuz, Gədəbəy və Göygöl rayonlarının dağlıq ərazilərinə də qar yağıb.

Həmçinin Gəncə şəhərində və ətraf rayonlarda yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.

Femida.az

Açar sözlər: #Daşkəsən   #qar  

Oxunub: 504