Qaxdakı tarixi abidə təhlükəli vəziyyətdədir - FOTOLAR


12:51     22 Oktyabr 2019 2019/11/qum9_3145373366.jpg

Qaxda V əsrə aid məbəd baxımsız vəziyyətdə qalıb.

Femida.az xəbər verir ki, abidə ölkəmizdə tolerantlıq səviyyəsinin göstəricisi olsa da təəssüf ki, indiki vəziyyəti ürəkaçan deyil.

Məbəd ilk dəfə əsaslı şəkildə ötən əsrin əsrin 40-cı illərində memar Pyotr Baranovski tərəfindən tədqiq olunub. Elə həmin illərdə də abidədə bərpa işləri aparılıb.

“YUNESKO” nun mədəni irs siyahısına salınan Alban məbədində 2006-cı ildə Mədəniyyət və Turizm nazirliyi tərəfindən,
2007-ci ildə qrant vəsaiti hesabına restavrasiya işləri aparılıb.

Xatırladaq ki, Qax rayonunun Qum kəndində yerləşən qədim məbəd III Vaçaqanın Albaniyada hakimiyyətdə olduğu dövrə təsadüf edir. Məbəd monqolların Azərbaycana hücumları zamanı dağıdılıb.

Bəzi mənbələrə görə, abidənin yerləşdiyi Qum kəndi Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasında qeyd etdiyi Qum şəhəridir:

"Gəncə dənizində olsam da pünhan,
Yerim Qum şəhridir, yurdum Dağıstan"




















Femida.az

Açar sözlər:

Oxunub: 286