150-dən çox neftçi təxliyə ediləcək - Təhlükəsizlik məqsədi ilə


16:49     02 Noyabr 2019 2019/11/oil_rig_storm_160119_1572689417.jpg

Noyabrın 2-də hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.


SOCAR-dan Femida.az-a verilən məlumata görə, hazırda 150-ə yaxın əməkdaşımız sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

Femida.az

Açar sözlər:

Oxunub: 475


Oxşar xəbərlər