Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi - SƏBƏB


17:10     02 Noyabr 2019 azal58.jpg

Vnukovo hava limanından “Moskva-Bakı” reysi ilə hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sərnişin təyyarəsi texniki səbəbdən Moskvanın alternativ hava limanına təcili eniş edib.

Bu barədə Femida.az -a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişinlərin Bakıya gətirilməsi üçün Moskvaya təyyarə göndərilib. Təyyarə sərnişinləri səhər saatlarında Bakıya çatdırıb

Femida.az

Açar sözlər:

Oxunub: 605