Suriyada terror aktı törədilib, 10 nəfər ölüb


18:50     02 Noyabr 2019 19_11_02_1572705602.jpg

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Təl Abyad şəhərində terror aktı törədilib.

Femida.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Təl Abyad şəhərində bazarda törədilən partlayış nəticəsində ən azı on mülki vətəndaş həlak olub.

Ölənlər arasında uşaqların olduğu qeyd olunur.

Yaralılar Şanlıurfa vilayətinin Akçakale rayonundakı xəstəxanlara yerləşdirilib. Ölü sayının artacağı istisna edilmir.

Bölgədəki Suriya Milli Ordusunun (SMO) əsgərləri partlayışın YPG/PKK terror qruplaşması tərəfindən törədildiyini ehtimal edir.

Açar sözlər:

Oxunub: 530