“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
19:22 02 Noyabr 2019
"Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib".
Bunu Femida.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
"Regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”, - deyə o, qeyd edib.
"Azərişıq" rəsmisi həmçinin abunəçilərdən xahiş edib ki, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçnü qurumun 199 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar: "Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar”.
Oxunub: 510
Oxşar xəbərlər
- “Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
- “Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb
- “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub
- “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
- “Azərişıq” ASC-nin sabiq əməkdaşı həbs edilib
- “Azərişıq” ASC-nin əməkdaşlarını güllələyən şəxsə ağır cəza verilib
- “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
- “Azərişıq” sahibkarlara müraciət edib
- “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
- “Azərişıq” əməkdaşı Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub