Şəmkirdə dəhşətli hadisə: Bir neçə maşın piyadanın üzərindən keçdi


20:50     02 Noyabr 2019 19_11_02_1572712887.jpg

Şəmkirdə piyadanı avtomobil vurub.

Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 412-ci kilometrliyində, rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Daha sonra onun cəsədinin üstündən daha bir neçə nəqliyyat vasitəsi keçdiyindən tanınmaz hala düşüb.

Faktla bağlı araşdırmalar aparılır. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Açar sözlər:

Oxunub: 466