İstehlak kreditlərinə dair yeni məhdudiyyət müəyyənləşib


09:20     03 Noyabr 2019 19_11_03_1572758443.jpg

İstehlak kreditinin riskinin maksimum miqdarına dair yeni məhdudiyyət müəyyənləşib.


Femida.az -ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da dəyişiklik edib.

Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.


Dəyişiklik noyabrın 30-dan qüvvəyə minir.

Açar sözlər:

Oxunub: 174