Daha bir süpürgəçi qadın yol qəzasının qurbanı oldu


14:23     03 Noyabr 2019 2019/11/supurgeci_esas_1572773606.jpg

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #süpürgəçi   #Sumqayıt   #ölüm  

Oxunub: 590