Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 milyon dolları keçib


15:56     03 Noyabr 2019 19_11_03_1572783444.jpg


Bu ilin sentyabr ayında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31,782 milyon dollar artaraq 181,033 milyon dollar təşkil edib.


Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, 2019-cu ilin sentyabr ayında Türkiyənin Azərbaycana ixracatı 152,931 milyon dollar, Azərbaycandan idxalı isə 28,102 milyon dollar təşkil edib.

2019-cu ilin yanvar-sentyabr aylarında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 47,215 milyon dollar artaraq 1,431 milyard dollar təşkil edib.

Nazirlikdən verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycana ixracatı 1,133 milyard dollar, Azərbaycandan idxalı isə 298,646 milyon dollar olub.

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 32,181 milyard dollar təşkil edib.

Həmin dövrdə Türkiyənin ixracatı 2018-ci ilin sentyabr ayına nisbətən 0,08 faiz artaraq 15,220 milyard dollar təşkil edib:

"2019-cu ilin sentyabr ayında Türkiyəyə idxal 2018-ci ilin müvafiq ayına nisbətən 0,15 faiz artaraq 16,961 milyard dollara çatdı".

Yanvar-sentyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 286,419 milyard dollar təşkil edib.

Femida.az

Açar sözlər: #ticarət  

Oxunub: 358