Ronaldonun bərbəri qətlə yetirildi


16:55     03 Noyabr 2019 19_11_03_1572786239.jpg


Portuqaliya millisi və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldonun bərbəri Rikardo Markes Ferreyra qətlə yetirilib.


Femida.az xəbər verir ki, onun meyiti Sürixdəki oteldə tapılıb. Üzərində bıçaq zərbələri olan meyiti otel təmizləyicisi otağı yığışdırmaq istəyərkən aşkarlayıb. Onun sözlərinə görə, meyit yatağa sərilmiş halda olub.

Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışı ilə məşğuldur.

Femida.az

Açar sözlər:

Oxunub: 449