Nepalda avtobus çaya düşüb, 15 nəfər ölüb


20:11     03 Noyabr 2019 2019/11/805dbeeb52e4b08_1572802447.jpg

Bu gün Nepalda avtobus çaya düşüb.


Femida.az-ın xəbərinə görə, bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb.

Paytaxt Katmanduya gələn avtobus Sindxupalçok rayonunda yoldan çıxıb və çaya düşüb. Nəticədə ən azı 15 nəfər ölüb, 3 nəfər itkin düşüb, 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6-nın durumu ağırdır.

“DD News” telekanalı ölənlər arasında 8 qadın və 2 uşağın olduğu barədə məlumat yayıb.

Açar sözlər:

Oxunub: 502