Azərbaycan gimnastları tarixi uğura imza atıblar


09:18     04 Noyabr 2019 19_11_04_1572844922.jpg


Azərbaycanın akrobatika gimnastları İsraildə keçirilən Avropa çempionatında tarixi uğura imza atıblar.


Femida.az xəbər verir ki, gənclər yaş qrupunda kişi cütlüyü tərkibində mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasov dinamik hərəkətlər üzrə final yarışlarında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adını qazanıblar.

Cütlük daha öncə çoxnövçülükdə gümüş, balans hərəkətlərində isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycanın idman tarixində ilk dəfədir gənc akrobatika gimnastları Avropa çempionatında qızıl medal qazanıblar.

Femida.az

Açar sözlər: #idman  

Oxunub: 327