Türkiyə XİN ABŞ Dövlət Departamentinin terrorizm üzrə hesabatını tənqid edib


09:24     04 Noyabr 2019 19_11_04_1572845077.jpg


ABŞ Dövlət Departamentinin 2018-ci ilin antiterror məsələlərinə dair hesabatında "YPG" terror təşkilatı haqqında bəhs edilməməsi Vaşinqtonun bu qruplaşma ilə əməkdaşlığını gizlətməyə çalışdığının göstəricisidir.



Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy deyib.

H. Aksoy açıqlamasında bildirib: "Sənəddə "YPG" haqqında bəhs edilməməsi, və bunun əvəzində "PKK-nın Suriyadakı qolu" ifadəsinin istifadə edilməsi, bu terror təşkilatı ilə əməkdaşlığını gizlətməyən ABŞ-ın öz qanunsuz mövqeyini gizlətmək cəhdidir".

H. Aksoy ABŞ-ın xarici terror təşkilatları siyahısına daxil etdiyi PKK-nın 2015-2018-ci illərdə Türkiyədə 1200-dən çox mülki şəxsin, polisin və hərbçinin ölümünə görə məsuliyyət daşıdığını xatırladıb.

Diplomat qeyd edib ki, buna rəğmən məruzədə Türkiyənin beynəlxalq antiterror təşkilatlarında, o cümlədən Qlobal Terrorla Mübarizə Forumunda və ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının işində "fəal iştirakı" qeyd olunub.

Femida.az

Açar sözlər: #XİN  

Oxunub: 404