Heydər Əliyev Mərkəzi konsertləri ləğv etdi


21:39     20 May 2015 heydar_aliyev_centre_200515.jpg

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermış hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb.


Femida.az-a daxil olan məlumata görə, Muğam Televiziya Müqabiqəsinin final mərhələsinə həsr olunan konsert Heydər Əliyev Mərkəzində mayın 29-da keçiriləcək.

Eyni zamanda, Əməkdar Artist Tünzalə Ağayevanın mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də keçiriləcək. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-i, mayın 23-ü üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.

Açar sözlər:

Oxunub: 524