Gəncədə mebel sexi yandı


10:12     04 Noyabr 2019 yangin-otel-baki-640x325.jpg

Gəncədə mebel sexi yanıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan mebel sexinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü 60 m² sahədə və içərisində 5 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 435