Norveç gəmisinə hücum: 9 dənizçi qaçırıldı


10:25     04 Noyabr 2019 2019/11/1572842016405_4aiTO6G8_1572848869.jpeg


Dəniz quldurları Qərbi Afrikada yerləşən Benin dövlətinin sahillərindən Norveçə məxsus gəmiyə hücum ediblər.

Femida.az xəbər verir ki, quldurlar gəmidən doqquz nəfər heyət üzvünü qaçırıblar.

Hadisə gəminin adıçəkilən akvatoriyada lövbər salarkən baş verib. Ekipaj üzvlərinin quldurlara qarşı müqavimət göstərmədiyi bildirilib.

Hazırda yerli hakimiyyət orqanları baş verən hadisənin təfərrüatını öyrənməyə çalışır.
Girov götürülən dənizçilərin yaxınları ilə daimi əlaqə saxlanılır.

Qaçırılan dənizçilərin vətəndaşlığı barədə hələlik məlumat verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 415