Dilqəm Əsgərov və Şahbaz Quliyevdən YENİ XƏBƏR


10:46     04 Noyabr 2019 dilqem%20ve%20sa.jpg

"Azərbaycan hökuməti bir neçə həftə öncə Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini Avropa Məhkəməsinə təqdim edib".


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayıb: "Bununla bağlı çox müfəssəl mövqe Avropa Məhkəməsinə təqdim olunub. Prosesdə sonuncu mərhələdir. Bundan sonra Avropa Məhkəməsi artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tutacaq".

Ç.Əsgərov qeyd edib ki, azərbaycanlı girovların azadlığa buraxılması Avropa Şurası Nazirlər Komitəsinin vəzifəsidir: "Avropa Məhkəməsi öz qərarında bu iki şəxsin hüquqlarının pozulmasını müəyyən edəcək. Ardınca Ermənistan bu qərarı icra etməli olacaq. Buna nəzarət Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nəticə isə Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməkdən asılıdır".

Ç.Əsgərov əlavə edib ki, Ermənistan qəbul olunan qərarı icra etməyə bilər: "Amma Avropa Şurasının müvafiq təsir mexanizmləri mövcuddur. Biz də bu mexanizmlərdən istifadə edəcəyik və mütəmadi məsələni qaldıracağıq ki, Ermənistan qərarları icra etsin".

Femida.az

Açar sözlər: #Hüquq-mühafizə   #Avropa   #Girov  

Oxunub: 1268