İranın Kərbəladakı konsulluğuna hücum olub


11:06     04 Noyabr 2019 2019/11/c64770c6-396d-45a5-920e-1dc05d6fdd3f_1572851214.jpg

İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub.


Femida.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bir qrup naməlum şəxs konsulluğun binasına daş atıb, tikanlı məftillərdən ibarət baryeri aşaraq içəri keçməyə cəhd göstərib.

Hazırda İraqın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Binanın ətrafında vəziyyət normallaşıb.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyaları keçirilir.

Femida.az

Açar sözlər: #İraq  

Oxunub: 387