Yükdaşıma şirkəti cərimələnib


11:38     04 Noyabr 2019 cerime7.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatası “HJ Truck Company” MMС-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.


Nərimanov Rayon Məhkəməsi protokola əsasən, şirkəti 6325,7 manat (18605 ABŞ dollarının 20%-i miqdarında) cərimə edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2017-ci ildə yaranan “HJ Truck Company” MMС yükdaşıma xidmətləri göstərən şirkətdir.

Femida.az

Açar sözlər: #Cərimə  

Oxunub: 430