Ermənistan beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır - Elmar Məmmədyarov
11:40 04 Noyabr 2019
Beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləyərkən, Azərbaycan hələ də Ermənistanın davamlı hərbi təcavüzü ilə üzləşir, bu təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı ilə nəticələnib.
Femida.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı zamanı deyib.
XİN rəhbəri bildirib ki, nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, çoxsaylı tarixi, mədəniyyət və dini abidələrimiz məhv edilib.
“Münaqişənin ilk günlərindən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərərək, yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb.
Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir və ölkəmin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır”.
Femida.az
Oxunub: 608
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"