Deputat Oktay Gülalıyevə baş çəkdi


11:45     04 Noyabr 2019 aydin%20m6.jpg

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Aydın Mirzəzadə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oktay Gülalıyevə baş çəkib.


Femida.az xəbər verir ki, bu barədə deputat özü "Facebook" səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Oktay Gülalıyevin vəziyyəti ağır stabildir:

"İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim. Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır".


Femida.az

Açar sözlər: #Oktay_Gülalıyev  

Oxunub: 288