Kibertəhlükəsizliklə bağlı sorğuların sayı artıb


11:58     04 Noyabr 2019 2019/11/kiber_1572854440.jpg

Bu ilin oktyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı sentyabr ayı ilə müqayisədə 16% artaraq 530 ədəd təşkil edib.


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən Femida.az-a verilən məlumata görə, oktyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 92,8%-nə baxılıb və təmin edilib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 26 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin oktyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 7 domen və 11 subdomen qeydiyyatdan keçib.

Ümumilikdə, cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3496 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,2%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 215 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib. Yanvar-oktyabr ayları ərzində Azərbaycanın internet seqmentində 42 domen və 84 subdomen qeydiyyata alınıb.

Femida.az

Açar sözlər: #kompüter   #təhlükəsizlik  

Oxunub: 405