Masallı sakinindən lüləsi kəsilmiş tüfəng götürülüb


12:33     04 Noyabr 2019 gun_tufeng_260814.jpg

Masallı sakinindən silah-sursat götürülüb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Mikayılovdan nömrəsi silinən, lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng, 2 ədəd patron və 1 ədəd süngü bıçağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 408