Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı


12:49     04 Noyabr 2019 19_11_04_1572857357.jpg

Daşkəsən rayonunda öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirən qadına cinayət işi açılıb.

Femida.az -ın məlumatına görə, araşdırmalar nəticəsində Elmira Pavlovaya Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə cinayət işi başlanılıb.

Hələlik saxlanılan yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl E.Pavlovanın atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, qızı azyaşlı övladları - 2010-cu il təvəllüdlü H. və 2012-ci il təvəllüdlü Ə.-yə xəsarət yetirib.

Uşaqlar atasından ayrı yaşayır. Qadın siqaret çəkir və içki audəçisidir.

Açar sözlər:

Oxunub: 288