Biləsuvar sakini döyülərək qarət edildi


14:38     04 Noyabr 2019 doyubb.jpg

Biləsuvar rayonunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gələn 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 419