Kərbəlada İran konsulluğuna hücum - 5 ölü, 20 yaralı


15:42     04 Noyabr 2019 19_11_04_1572867205.jpg

İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğuna hücum edilib.


Femida.az -ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyi qoruyan təhlükəsizlik qüvvələri ilə bir qrup şəxs arasında baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Yaralılardan 17-si güc strukturlarının əməkdaşlarıdır.

Məlumata görə, nümayişçilər İran bayrağını İraqın dövlət bayrağı ilə əvəzləyiblər.

Açar sözlər:

Oxunub: 434


Oxşar xəbərlər