Biləsuvarda 7 otaqlı ev yanıb


16:04     04 Noyabr 2019 publika.az1394679445nalbur-yangin.jpg

Biləsuvar rayonunda yanğın baş verib.
Femida.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Biləsuvarda ümumi sahəsi 216 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 377