Doğuş zamanı böyrəyini oğurladılar - ŞOK


15:25     20 Noyabr 2015 543657_463356.jpg

Qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən qadının böyrəyini oğurladılar.


Femida.az “haber7”-yə istinadən xəbər verir ki, hadisə İraqın Süleymaniyyə şəhərində yerləşən özəl xəstəxanaların birində baş verib.

26 yaşlı hamilə qadın qeysəriyyə yolu ilə uşaq dünyaya gətirmək üçün xəstəxanaya gəlib.

Doğuşdan sonra qadın yaranan ağrılar səbəbi ilə rentgendən keçib. Müayinə zamanı qadının bir böyrəyinin olmadığı ortaya çıxıb.

İraqın Kürdüstan Muxtariyyəti Parlamentinin İnsan hüquqları komissiyasının sədri Soran Ömər qadının daha əvvəllər belə bir problemi olmadığını deyib. O, iraqlı qadının əməliyyat zamanı böyrəyinin oğurlandığından şübhələnir.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1074