Bakıda iki marşrutun hərəkət istiqamətləri dəyişdiriləcək


18:03     04 Noyabr 2019 19_11_04_1572876226.jpg

Bakıda iki marşrut avtobusun hərəkət istiqamətləri dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Femida.az-a verilən məlumata görə, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

3 nömrəli marşrut: Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.


31 nömrəli marşrut: “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.

Açar sözlər:

Oxunub: 550