Naxçıvanda Qaz İstismar Xidməti yaradılıb


19:07     04 Noyabr 2019 2019/11/naxcivan1_1572880254.jpg

“Naxçıvanqaz” İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılıb.


Femida.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Nazirlər Kabinetinə Qaz İstismar Xidmətinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinin sədrinə təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 550