35 yaşlı kişi sevgilisinin evindən itkin düşdü


21:42     04 Noyabr 2019 itkin%20düşüb.jpg

Bakıda 35 yaşlı şəxs itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Rayonun Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 28, mənzil 26-da yaşayan Heydərova Bahar İdris qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan və qeyri-rəsmi münasibətdə olan 1984-cü il təvəllüdlü Gülməmmədov Cavid Valeh oğlu oktyabrın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 521