Vilayət Eyvazov vətəndaşları incidən mayoru işdən çıxardı


22:44     04 Noyabr 2019 2019/07/vilayet_eyvazov_1562763735.jpg

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yoxlama keçirilib.

Yoxlama nəticəsində vətəndaşların haqlı narazılığı dinlənilərək 18-ci Polis Şöbəsinin Baş təhqiqatçısı, polis mayoru Anar Bayramov vətəndaşları incitdiyinə və süründürməçiliyə yol verməsinə görə vəzifəsindən azad olunaraq sərəncama göndərilib.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 518