Ukrayna NATO-ya üzv olacaq


09:11     05 Noyabr 2019 19_11_05_1572930704.jpg

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Şimali Atlantika Alyansına üzv olacağına dair söz verib.

Femida.az -ın məlumatına görə, bu bəyanatla o, “1+1” telekanalına müsahibəsi çərçivəsində çıxış edib.

“Ukraynann NATO-ya üzvlüyü ilə bağlı bütün müttəfiqlər razılığa gəlib”, - deyə o bildirib.

Baş katibin sözlərinə görə, Çernoqoriya, Şimali Makedoniya, Polşa və Baltika ölkələri NATO-ya üzv olmalarını təsəvvürlərinə belə gətirmirdilər, ona görə də bu, Ukrayna üçün də mümkünsüz deyil.

Stoltenberq bildirib ki, alyans Kiyevə islahatların gücləndirilməsində və ölkənin modernləşdirilməsində köməklik göstərəcək.

Açar sözlər:

Oxunub: 403