Bakıda iki avtobus toqquşdu: Yaralılar var (VİDEO)


09:20     05 Noyabr 2019 19_11_05_1572931255.jpg

Bakının Nizami rayonunda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyən edilib.


Femida.az -ın məlumatına görə, bunlar 1998-ci il təvəllüdlü Hüseynli Nurtac Mirzəcan oğlu, 1977-ci il təvəllüdlü Seyfullayev Ramil Davud oğlu, 1968-ci il təvəllüdlü Xəlilov Vüqar Mövlan oğlu, 1963-cü il təvəllüdlü Vəsilə Məmmədova, 1999-cu il təvəllüdlü Şəbnəm İsmayılova və 1978-ci il təvəllüdlü Xanım Qasımovadır.

Onlardan Vüqar Xəlilovun vəziyyəti ağır olduğundan stasionar qaydada müalicə alır. Digər yaralılar isə artıq xəstəxanadan evə buraxılıb. Daha iki nəfərə də hadisə yerində tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 835