Sumqayıtda top mərmisi tapılıb


09:23     05 Noyabr 2019 19_11_05_1572931433.jpg

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.



Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Femida.az-a verilən məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən bildirilib.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 85 mm-lik top mərmisi (O-365) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Açar sözlər:

Oxunub: 242