Nazirlik qəza ilə bağlı məlumat yaydı


09:51     05 Noyabr 2019 19_11_05_1572933154.jpg

Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində yaralananlarla bağlı məlumat yayıb.



Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Nizami rayonu, 8- ci kilometr bazarının yanında, iki marşrut avtobusunun toqquşması barədə məlumat təcili tibbi yardıma saat 22:20-də daxil olub. Hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Açar sözlər:

Oxunub: 308