Nazirlik: Qəzada xəsarət alan 8 nəfər evə buraxılıb


10:09     05 Noyabr 2019 sehiyye5.jpg

Bakının Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında iki marşrut avtobusunun toqquşması barədə Təcili Tibbi Yardıma saat 22:20 də məlumat daxil olub.

Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə yerinə 5 briqada göndərilib.

“Ümumilikdə, 8 nəfər hospilitizasiya olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıb. 3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb”, - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər: #Qəza   #Səhiyyə  

Oxunub: 267