İrandan narkotik gətirmək istəyirdi, ələ keçdi - FOTO
10:15 05 Noyabr 2019
Noyabrın 3-də saat 07:30 radələrində Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq ölkə ərazisinə narkotik maddə gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.
Bu barədə Femida.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi zamanı o, əlindəki çantanı ataraq relyefin mürəkkəbliyindən istifadə edərək İran istiqamətində geri qaçıb.
Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qanunsuz yolla Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə olan 12 kq 730 qram“Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd soyuq silah (xəncər) aşkar edilərək götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 611
Oxşar xəbərlər
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Bakıda narkotikə görə 64 nəfər saxlanılıb
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb