Bakıda faciəvi olay: Ana qəzada öldü, 2 yaşlı oğlu xəstəxanada


11:28     05 Noyabr 2019 19_11_05_1572938922.jpg


Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət azyaşlı xəstəxanada ölüb.


Goradil bağlar massivindən Sumqayıt-Novxanı dairəvi yolu istiqamətində hərəkətdə olan Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Əliyev Şamil Əlihüseyn oğlunun idarə etdiyi "Volvo" markalı 10 UU 509 dövlət nömrə nişanlı avtomobil, 1964-cü il təvəllüdlü Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi "Hyundai" markalı 10 VP 841 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində "Hyundai" markalı avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü Rüstəmova Türkanə Məmməd qızı hadisə yerində dünyasını dəyişib.

Xəsarətlə xəstəxanaya yerləşdirilən yaralılardan T.Rüstəmovanın 2 yaşlı övladı Quliyev Yusif Orxan oğlu orada dünyasını dəyişib.

Xəsarət alan digər yaralıların müalicəsi davam etdirilir.

Femida.az

Açar sözlər: #qəza   #ölüm  

Oxunub: 309