Putin 11 generalı işdən çıxardı - Birinə qarşı 100 milyonluq ittiham


11:48     05 Noyabr 2019 19_11_05_1572940187.jpg


Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin 11 generalını işdən azad edib.


Femida.az azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın dövlət başçısı fərman imzalayıb. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinin 6, Daxili İşlər Nazirliyinin 4, İstintaq Komitəsinin isə 1 generalı işdən çıxarılıb.

Onların arasında 100 milyon rubl dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin İctimai asayişin qorunması Baş İdarəsi rəhbərinin birinci müavini, general-mayoru Aleksandr Melnikov da var.

Femida.az

Açar sözlər: #Putin  

Oxunub: 118