“Mülki Hüququn Əsasları” kitabının təqdimatı keçirildi - Fotolar


12:20     05 Noyabr 2019 2019/11/mul_1572942081.jpeg


Hüquqşünas-alim h.f.d Sərvər Süleymanlının yeni nəşr edilən “Mülki Hüququn Əsasları” adlı kitabının təqdimatı keçirilib.

Femida.az xəbər verir ki, təqdimatda iştirak edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi və Birinci İnstansiya Məhkəmələrinin hakim və nümayəndələri, prokrorluq və ədliyyə sisteminin nümayəndələri, vəkillər, akademik və biznes sektordan olan iştiraçılar tərəfindən kitab olduqca böyük maraqla qarşılanıb.



Bakı Dövlət Universitetinin Mülkü Hüquq Kafedrasının dosenti, h.f.d, Sərvər Süleymanlı kitabda mülkü huquq sahəsinin həm elmi-nəzəri, həm də ölkəmizdə formalaşan praktik məsələlərinin araşdırılmasına xüsusi yer verib, beynəlxalq təcrübə nəzərə alınaraq praktik problemlərin fundamental həll yolları göstərilib.

Kitab akademik, məhkəmə-hüquq,prokrorluq, vəkillik, özəl şirkətlərdə çalışan hüquqşünaslar və eyni zamanda tələbələr üçün mülkü hüquq sahəsini həm nəzəri həm də praktik tərəfdən izah edən vəsaitdir.



Femida.az

Açar sözlər: #hüquq   #kitab   #BDU  

Oxunub: 957