Ailəsi ilə dalaşan kişi özünü öldürmək istədi


13:08     05 Noyabr 2019 big_1404314237_bogulma.jpg

Bakıda kişi intihara cəhd edib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 4-də saat 16 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizə girən şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən sudan çıxarılıb.

Araşdırmalarla onun Binə qəsəbə sakini Ə.Hacıyev olduğu, ailə münaqişəsi zəminində özünü dənizə atmağa cəhd etməsi müəyyən edilib.

Femida.az

Açar sözlər: #İntihar  

Oxunub: 140