Naxçıvanda qeydiyyatda olanların nəzərinə!


13:42     05 Noyabr 2019 2019/11/naxcivan-ehali1_1572947732.jpg

Naxçıvan Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvanın Daimi Nümayəndəliyi Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlara müraciət edib.


Femida.az-a daxil olan məlumatda qeyd olunur ki, Bakı şəhərində və Azərbaycanın digər bölgələrində yaşayan, Naxçıvanda daimi pasport qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yenisini almaq üçün 15 noyabr 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixədək (Bazar günləri istisna olmaqla) Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 583